Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi sentyabrın 12-dək davam edəcək.
