Bu, sadəcə bir tibbi prosedur deyil, uşaqlar üçün sevinc, ailələr üçün təsəlli, cəmiyyətimiz üçün isə həmrəylik nümunəsi idi."
Bunu özünün feysbuk səhifəsində 74 saylı Masallı seçki dairəsinin deputatı Məşhur Məmmədov paylaşıb.
Deputat paylaşımda daha sonra qeyd edib ki, peşəkar həkimlərin təmənnasız xidməti, təşkilatçıların fədakarlığı və ən əsası, uşaqların gülən gözləri bu günə mənəvi dəyər qatdı. Biz də onların sevincinə şərik olduq, kiçik dostlarımızı hədiyyələrlə sevindirdik. Uşaqlar bizim gələcəyimizdir. Onların xoşbəxt böyüməsi üçün hər bir diqqət çox qiymətlidir:
"Bu kimi təşəbbüsləri dəstəkləmək bizim mənəvi borcumuzdur. Aksiya təşkilatçıları bir daha sübut etdi ki, xeyirxahlıq həyat tərzidir. Valideynlərdən birinin dediyi kimi: “Bu diqqət və qayğı bizə göstərdi ki, tək deyilik.”
Gəlin, birlikdə xeyirxahlığı yaşadaq. Xeyirxahlıq yaşadıqca, gələcəyimiz də parlaq olacaq!"- Deputat paylaşıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
