Sərgidə Azərbaycanın müxtəlif bölgələrinə məxsus ənənəvi və müasir xalçalar nümayiş etdirilir. Hər iki ölkənin mədəni irsinin ortaq elementi olan xalçaçılıq sənəti mədəniyyətlərarası dialoqun rəmzi kimi vurğulanıb.
Prezident Sandu iki ölkə arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb və bu kontekstdə onun Tiranada Avropa Siyasi Birliyinin Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevlə görüşünü qeyd edib.
