Sizin reklam burada
Sizin reklam burada
  • Gəncədə "Böyük Qayıdış. Ürəyimiz Qarabağla döyünür" adlı humanitar aksiya

    "Səhiyyə Nazirliyimizin təşəbbüsü ilə Akademik C. Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Gəncədə "Böyük Qayıdış. Ürəyimiz Qarabağla döyünür" adlı humanitar aksiya təşkil edilmişdir.
    Professor Gülnaz Dadaşovanın rəhbərliyi ilə İnstitunun alim- həkim kollektivi Gəncəbasar bölgəsinin əhalisinə səyyar kardioloji xidmət göstərmək üçün 2 gündür ki, şəhərimizdədirlər."
    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri, deputat Musa Urud deyib. O, əlavə edib ki, Gəncə Beynəlxalq xəstəxanasının dəstəyi ilə keçirilən humanitar aksiyada 300-ə yaxın şəhid ailəsi üzvlərinin, qazilərin və digər soydaşlarımızın müayinəsi və müalicəsi yüksək səviyyədə həyata keçirildi:
    "Sakinlərimiz göstərilən peşəkar tibbi xidmətdən və diqqətdən razılıqlarını bildirdilər.
    Sabah isə bölgədə çalışan kardioloqlarımız və terapevtlərimiz üçün müasir kardiologiyanin son nailiyyətlərinə həsr olunmuş böyük elmi- praktik konfrans keçiriləcəkdir.
    Başda İnstitutun direktoru hörmətli professor Gülnaz xanım Dadaşova olmaqla bu sosial aksiyanı təşkil edən Kardiologiya institutunun bütün kollektivinə minnətdarlığımızı bildiririk."- Musa Urud deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ