İştirakçılar uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri, həmçinin, təbiət və məişət mövzulu ədəbiyyat nümunələrində bəhs olunan hər hansı bir səhnə və epizodları xarakterizə etdirən illüstrasiya və ya miniatür əsər təsvir etməklə müsabiqəyə qoşula bilər.
Əsər qəbulu üçün son tarix:10 dekabr 2024-cü il
İştirakçı anketi
Əsərin fotosu:
Əsərin adı:
İştirakçının soyad, ad:
Təvəllüdü:
Məktəbi:
Əlaqə:
Anketin qəbulu ünvanı: mutalieruhu@gmail.com
Qeyd: Müəlliflər adlarını qeyd etməklə ortaq (uşaq-müəllim, uşaq -valideyn, dostlar) yaradılmış əsərlər təqdim edə bilər.
Yuxarı yaş qrupu öz arzusu ilə iştirak edə bilə.
Xarici ölkə vətəndaşları müsabiqəyə qoşula bilər.
Yanaşma: fərdi, ənənəvi, Azərbaycana xas, müasir-avanqard
Ölçü 30x40 sm-ə qədər
Mövzu, texnika: sərbəst
Müsabiqəyə ən coxu 2 əsər göndərmək olar
Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı
Münsiflər tərəfindən seçilmiş 100 əsər sərgilənəcək
Sərgilənən əsərlərin müəlliflərinə sertifikat, fəal məktəblərə təşəkkürnamə təqdim ediləcək.
Sərgidən seçilən ən yaxsı 20 əsər Xətai Sənət Mərkəzinin daimi ekspozisiysında 2 həftə boyunca sərgilənəcək.
I, II ,III yerlər və həvəsləndici mükafatlar təqdim olunacaq.
Nominasiya mükafatları:
1. Ən yaxşı klassik əsər
2. Ən yaxşı müasir əsər
3. Ən yaxşı milli ruhlu əsər
4. Ən yaxşı rəng həlli
5. Ən yaxşı minimalist əsər
6. Ən yaxşı xəyalın təsviri
7. Ən yaxşı ilüstrasiya miniatür
Sərginin online kataloqu hazırlanacaq.
PLAGİAT OLMAYAN, YENİ NƏFƏS ƏSƏRLƏR GÖRMƏK İSTƏYİRİK
Əlavə suallar üçün: 051-310-74 01 tel /whatsapp
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
Hüseynbala Həsən
