Sizin deputatlıq məqamından getməyiniz bizdə heç də ruh düşkünlüyü yaratmır. Çünkü sizin deputatlıqdan deyil, bu gözəllik, vətənpərvərlik, xalqına bağlılıq, rəhimli, ədalətli, mərd olmağınız ata babalarınızdan gəlir. Necə deyərlər, ot kökü üstə bitər. Sizin hər həftə seçicilərinizlə görüşünüz, fərdi görüşləriniz, problərimizi həll etmələrinizi və Milli Məclisdə də Şirvanın hal-hazırki görülən işləri, gələcəkdə görüləcək işlərini gündəmə gətirib həyata keçməsində ciddi səylər göstərmisiz. Bütün bunları unudma qa insafsızlıq olar.
İltizam müəllim! Sizə həyatda can sağlığı, uzun ömür arzulayırıq. Allahtəla sizin kimi deputatı bizə mükafat olaraq bir daha nəsib etsin.
Hörmətlə seçiciniz: Səlamət Əliyev
Şirvan şəhəri
