Sizin reklam burada
Sizin reklam burada
  • “ƏLLƏRİN SEHRİ” adlı yaradıcılıq müsabiqəsi elan olunur

    “ƏLLƏRİN SEHRİ” adlı yaradıcılıq müsabiqəsi elan olunur
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gəncliyin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin, əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərmək məqsədi ilə yeniyetmə və gənclər arasında heykəltaraşlıq sahəsində
    ƏLLƏRİN SEHRİ adlı yaradıcılıq müsabiqəsi elan olunur.

    Yaş həddi: 12-21
    Yuxarı yaş qrupu öz arzusu ilə iştirak edə bilər.
    Material: Karton, plastik, taxta, gil, metal, bədii plastilin
    Mövzu, ölçü: sərbəst
    Son tarix: 15 oktyabr 2024
    Məlumat anketi:

    1. Əsərin fotosu: ........
    2. Əsərin adı: ........
    3. İstifadə olunan material: ........
    4. Soyadı, adı: ........
    5. Təvəllüdü:........
    6. Məktəb: .........
    7. Əlaqə : .........

    Müraciət ünvanı: sehreller@gmail.com
    Iştirakçı fiqur, kompozisiya və ya bir sənət nümunəsi təqdim edə bilər.
    Seçim müəliflərin yaşı nəzərə alınmaqla aparılacaq
    Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı.
    Ən coxu 2 əsər göndərmək olar.
    Ən yaxşı 100 əsər seçilərək sərgilənəcək.
    Əsəri sərgilənən müəllifə sertifikat, fəal tədris müəssələrinə təşəkkürnamə təqdim olunacaq.
    Əllərinizin qabiliyyətinə güvənin!
    Əlavə suallar üçün 051-310-74 01 tel/whatsapp
    Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

    Hüseynbala Həsən

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ