Sizin reklam burada
Sizin reklam burada
  • Hörmətli Adil müəllim, yeni vəzifəniz uğurlu, düsərli olsun!

    Adil Əliyevin həyat və fəaliyyəti Azərbaycan ictimaiyyətinin yüksək sevgi və məhəbbətindən yoğrulan yaddaş kitabçasıdır. Onu tanıyan hər kəs təbii ki, bu cümləylə razılaşar. Addım-addım, mərhələ-mərhələ qalxdığı vəzifə pilləkənlərində dövlətçilik prinsiplərini əsas tutaraq göstərdiyi insanlıq nümunələri, xeyirxahlıq ənənələri, vətənpərvərlik hissləri insanların qəlbinə damla-damla hoparaq dərya kimi dərinləşmişdir. İstər hüquq-mühafizə orqanlarında, istərsə də Ali Qanunvericilik orqanında fəaliyyəti dovründə qazandıgı Azərbaycan xalqının sevgisi, seçicilərinin dərin məhəbbəti bu gün Adil müəllimin həyatda ən böyük mükafatıdır. O, hər bir addımda basının üstündə uca Yaradanı dərk etmiş, dövlət rəhbərinin tapşırıq və tövsiyələrini ptlriaritet götürmüş, fəaliyyət istiqamətlərini ədalət, vicdan mövqeyinə kökləmişdir.
    Ölkə rəhbəri cənab İlham Əliyevin məlum sərəncamı ilə Adil Abış oğlu Əliyevin Bakının Suraxanı rayonuna İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi məhz yuxarıda qeyd etdiyim zərurətdən irəli gəlir.
    Əminəm ki, Adil müəllim ənənəvi fəaliyyət prinsiplərini əsas tutaraq Suraxanının günün tələblərinə uyğun olaraq daha da yüksək inkişaf etdirilməsinə və bu mənada Bakının qabaqcıl rayonlarından birinə çevrilməsinə nail olacaq. Bu yolda hörmətli Adil müəllimə yüksək uğurlar, yorulmaz fəaliyyət, möhkəm can sağlıgı arzulayıram!

    Hörmətlə: Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "Atributinfo.az" saytının baş redaktoru



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ