Müdafiə Nazirliyindən bildirilib ki, toplanışda hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin, sıra hazırlığının elementləri öyrədilir.
Bundan başqa, iştirakçılar atış sahəsində atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
Keçirilən toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən, praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
