Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün YAP Göygöl rayon təşkilatının Musiqi Məktəbi ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirildi

    "Atributinfo.az" xəbər verir ki, görüş zamanı əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı ümümmilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yığıncaq iştirakçılarını salamladıqdan sonra qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək, 07 fevral 2024-cü il tarixdə ilk dəfə Azərbaycanın bütün ərazilərndə keçirilmiş Prezident seçkilərinə və partiya həyatında göstərdikləri aktivliyə görə partiya fəallarına rayon təşkilatı adından təşəkkürünü bildirdi.
    Vüqar İsayev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm naliyyətlərdən danışaraq bildirdi ki, bu gün Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən açıq-aydın görünür. Bu həqiqətin əsasını Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Nəticə etibarı ilə ölkədə dərin iqtisadi islahatlar aparılır, ixracı stimullaşdırmaq və idxaldan asılılığı azaltmaq üçün lazımi tədbirlər görülür, qeyri neft sektorunun inkişafı üçün gözəl perspektivlər açılır. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində ciddi addımlar atılır və sosial siyasət həmişə prioritet olmaqla, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əldə olunan nailiyyətlər Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilir, əhalinin ölkə rəhbərinə, onun siyasətinə və Yeni Azərbaycan Partiyasına olan ümidi və etibarı daha da yüksəlir. Cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada yüksək nüfuz sahibinə çevrilib və bu gün Azərbaycan çox mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, bütün sahələrdə mühüm nailiyyətlər qazanır. Əldə olunan bütün nailiyyətlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. Məhz, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, eyni zamanda, Qarabağda uğurla başa çatdırılan lokal xarakterli antiterror tədbirləri cənab İlham Əliyevin mahir sərkərdəlik qabiliyyəti, rəşadətli Ordumuzun şücaəti sayəsində mümkün olmuşdur. Bu gün Qarabağımızı və Şərqi Zəngəzuru cənnət məkana çevirmək üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir və bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Bu yolu layiqincə davam etdirən Prezident İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurla yeni-yeni nailiyyətlərlə və daha xoşbəxt gələcəyə aparır.
    Görüşdə iştirak edən partiya fəalları ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edərək, Azərbaycanı qorumaq, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaşın üzərinə böyük öhdəliklər düşdüyünü qeyd etdilər.
    Tədbirin sonunda Musiqi Məktəbi Ərazi Partiya Təşkilatının sədri Quliyeva Nuranə Aslan qızına anadan olmasının 60 illik yubileyi münasibətilə YAP Göygöl Rayon Təşkilatı tərəfindən Fəxri Fərman və gül buketi təqdim olundu.
    Yubilyar ona göstərilən diqqət və qayğıya görə Partiya rəhbərliyinə və rayon təşkilatına öz minnətdarlığını bildirdi.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ