Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-iqtisad kollecində "Xalqın xilaskarı", "Dahi şəxsiyyət" mövzusunda növbəti tədbir kecirildi
Cəmiyyət
10-12-2023, 18:39
480
Bu günlər müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı dünya şöhrətli siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Onun zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və "Azərbaycan Respublikasında 2023-cü ilin 'Heydər Əliyev ili' elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin 29 sentyabr tarixli, 3494 saylı Sərancam"ından irəli gələn tədbirlərin icra edilməsi məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə" nin 135-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetininin nəzdində Azərbaycan Maliyyə-iqtisad Kollecində keçirilən silsilə tədbirlərdən biri də ötən həftə baş tutmuşdur. Kolecin direktoru dosent Oruc Məmmədovun rəhbərliyi ilə sözügedən təhsil ocağında "Heydər Əliyev ili " çərçivəsində keçirilən növbəti tədbir də ənənəvi olaraq dəyirmi masa və açıq dərslər səklində keçirildi. Maliyyə-iqtisad Kollecinin 2302-2306-cı qrupunun tələbələri böyük qürur hissi ilə hazırladıqları "Xalqın xilaskarı", "Dahi şəxsiyyət" adlı dərs Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Ulu öndərin illərlə yasadığı, yaşatdığı əqidə və amalının, azərbaycançılıq ideologiyasinın, vətənpərvərlik missiyasının, milli-mənəvi ruhu dilimizi, taleyimizi özundə əks etdirən irsinin illərin sınaqlarından keçərək misilsiz dəyərə çevrildiyini dilə gətirən müəllim və tələbələr Onun bu mənada xalımız, dövlətimiz qarşısında sonsuz xidmətlərinin heç zaman unudulmayacağını, özundən sonra qoyub getdiyi irsinin gələcək gənc nəsilin qəlbində, əməlində əbədi yaşayacağını vurğuladılar, Heydər Əliyevin siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanın Dövlət quruculuğu yolunda inamla irəlilədiyini söylədilər. Dərsdə tələbələr böyük Dühanın əziz xatirəsinə həsr olunmuş şerlər, mahnılar səsləndirdilər və ən çox sevdiyi fəsli, şeiri, mahnını, çiçəyi, eləcə də ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Dərsdə iştirak edən direktor müavini t.f.d Murad Muradov, şöbə müdiri Niyazi Ağababayev və fənn birləşmə komissiyasının sədri Kətanə xanım Ələkbərova Ulu Öndər haqqında gözəl çıxış etdikləri üçün tələbələrə öz təşəkkürlərini bildirdilər. Tədbir Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunmaqla yekunlaşdı.
Aybəniz Quliyeva "Atribut" qəzeti və "atributinfo.az" saytı ]