Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət xanım Muradova, Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cəmil Əmirov, YYCPİT bölməsinin rəisi, polis polkovnik -leytenantı Nəbi Nəcəfov, narkotiklərə qarşı bölmənin rəisi, polis-mayoru Anar İbrahimov, RPİ-nin Veteranlar Şurasının sədri Xanlar Ağayev, polkovnik-leytenant Fərqanə Şərifova, narkoloq həkim Fidan Ataxanlı və başqa məsul əməkdaşlar iştirak etmişlər.
Tədbiri 53 saylı məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək qonaqları salamladı və mövzu barədə qonaqlara söz verdi.
Təravət xanım gənclər arasında narkotikin fəsadlarından geniş danışdıqdan sonra polis polkovniki Cəmil Əmirov narkotikə aludə olmuş vətəndaşların aqibətindən, narkotikə və zərərli vərdişlərə qarşı mübarizədən, həmçinin gənclərin polis peşəsinə yiyələnmələri barədə geniş danışmışdır.
Narkoloq həkim Fidan xanım narkotikin insan orqanizminə vurduğu fəsadlardan geniş danışdıqdan sonra şagirdlərlə də geniş sual-cavab aparmışdır.
