Sizin reklam burada
Sizin reklam burada
  • DOĞUM GÜNÜNÜZ MÜBARƏK, MUSA MÜƏLLİM!

    !Bu gün-25 noyabr Milli Məclisin deputatı, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa (Quliyev) Urudun doğum günüdür.
    Cox hörmətli Musa müəllimi redaksiyamızın yaradıcı kollektivi adından ürəkdən təbrik edir, uca Allahdan ona möhkəm can sağlığı, uzun, mənalı və məhsuldar həyat, ailə səadəti, şərəfli fəaliyyətində sonsuz uğurlar arzulayıram.
    Məlumat üçün deyim ki, Musa İsa oğlu Quliyev (Musa Urud) 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində dünyaya təvəllüd tapmışdır. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasında ekspert nevropatoloq işləmişdir.
    1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş Həkim-Əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir.
    Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.

    Bəradər Səməndərli
    "Atribut" qəzeti və "Atributinfo.az" saytının baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ