Səhiyyə xərclərinin 1.871,3 mln(büdcə xərclərinin 5,1 %-i) olması,səhiyyə xərclərinin son 2 ildə 34% artması dövlətimizin bu sahəyə necə qayğı ilə yanaşmasının göstəricisidir.
Its-in tətbiqi ilə ölkə səhiyyəsinin maliyyələşməsində müasir yanaşmaların tətbiqi səhiyyə sahəsinin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. Səhiyyə xərclərinin 73,5 % nin ya (1.376,0 mln) əhalinin icbari tibbi sıgortalanmasına yönəlməsi bu sahənin prioritet olmasının sübutudur. Məhz bu diqqət və qaygının nəticəsidir ki, bu il İTSDA-nın gördüyü tədbirlər sayəsində həm xidmətlər zərfinin əhatə dairəsi genişlənmiş və zərfdəki xidmətlərə görə müvafiq ödəmələrin həcmi artmışdır.
Ancaq tibb müəssisələrində gedən proseslərin , Hesablama Palatasının auditlərinin analizindən göründüyü kimi burada da bəzi korrektələrə, daha fərqli idarəetmə həllərinə ehtiyac vardır.
Bu fikirləri ötən gün Milli Məclisin plenar iclasında "2024-cu ilin Dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli çıxışı söyləmişdir. O, əlavə etmişdir ki, digər sahələrdə oldugu kimi, səhiyyədə Təbib-in tabeliyində yaradılmış publik hüquqi şəxslərin hələ də büdcə təşkilatları kimi fəaliyyət göstərdiyinin şahidi oluruq. Regionlarda PHŞ-lər şəklində fəaliyyət göstərən tibb mərkəzləri cevik, korporativ idarəetmə modellərini tətbiq etmədiklərinə görə hələ də dotasiya ilə fəaliyyət göstərirlər. (Hesablama Palatasının Sumqayıt Tibb Mərkəzində apardıgı auditdə dotasiya həcminin 70% oldugu aşkar olunmuşdur.):
"Bu PHŞ-lərdə ən gəlirli sahələr(laborator və diaqnostika fəaliyyəti) autsorsinqə verilir. Əslində bu şərti, natamam autsorsinqdir —cünki tibb işcilərinin maaşı, kommunal xidmətlər dövlət müəssisələri tərəfindən ödənilir, daşınmaz əmlak və bəzi avadanlıqlar dövlət tibb müəssisələrinə məxsusdur. Lakin tibb müəssələrin üzərində iqtisadi yükə cevrilən camaşırxana, qida təminatı və mühafizə kimi xidmətlərin hələ də tibb müəssisələrinin kadr təminatında qalması haqlı suallar dogurur.PHŞ-lər şəklində fəaliyyət göstərən tibb mərkəzlərində idarəetmə və qeyri tibb mütəxəsislərin həm sayının artması,həm yüksək maaşların verilməsi,həkimlərə verilən bonusların gecikdirilməsi bu müəssisələrdə rentabelliyin aşagı düşməsinə və müəsisələr ücün əsas gəlirgətirən tibb personalının özəl sektora yönəlməsinə gətirib cıxarır. Əslində burada ən uygun variant iqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarovun dediyi kimi-cox mükəmməl hazırlanmış, Dövlət-özəl tərəfdaşlıgı haqqında qanunu tətbiq etmək və ona riayət etməkdir.Məsələn 70 % dotasiya ilə işləyən Sumqayıt Tibb Mərkəzinin direktorunun fiks maaşı 7800 AZN, direktor müavini isə 4700 AZN maaş, lakin əsas gəlir gətirən xəstəxanaların baş həkimləri 2000 azn məvacib almaqdadırlar. Bu isə iqtisadi səmərəlilik prinsiplərinə uygun gəlməməkdədir.İkinci bir misal-İTSF-da əvvəlki illərdə fondun istifadə olunmamış vəsaiti 2023-cü ildə 215 mln, 2024 cü ildə isə 450 mln AZN olmuşdur. Bu vəsaitlərin idarə olunmasından 31mln gəlir əldə edilməsi nəzərdə tutulur. Əgər bu 450 mln vəsait laboratoriyaların qurulmasına sərf olunsa,Təbib tərəfindən şərti autsorsinqə verilmiş bütün diaqnostik laboratoriyar avadanlıqlarla təmin olunar və bir il ərzində maya dəyərini cıxararaq, PHŞ-lərə gəlir gətirərdi. Səhiyyə idarəetməsi və tibbi xidmət standartlarının hazırlanmasında Səhiyyə Nazirliyi mühüm rol oynamalıdır. Səhiyyə nazirliyinin ölkə paytaxtı ilə yanaşı, regionlarda fəaliyyət göstərən müəssisələrinin PHŞ-lərə cevrilməsi mühüm əhəmiyyət kəsb edir. Beləliklə, İTSF da toplanan kifayət qədər böyük vəsaitə bütün qurumlarının eyni dərəcədə əlcatanlıgının təmin edilməsi əhaliyə rəqabətli, keyfiyyətli tibb xidmətinin göstərilməsi ilə nəticələnərdi. Bu vəsaitlərə cıxışa süni əngəllərin yaradılması Azərbaycan Dövlət Tibb Universitetinin klinikalarının demək olar ki, fəaliyyətsiz qalmasına səbəb olur və tibbi kadr hazırlıgına ciddi zərbələr vurur. Burada ciddi nəzarət və şəffaflıgın olması, həm də İTSF-nin büdcəsində nəzərdə tutulmuş 260 mln vəsaitin səmərəli istifadəsinə gətirib cıxarardı.
Tam əminik ki tibb müəssisələrinin akreditasiyası və Səhiyyə Nazirliyinin əsasnaməsinə olunan dəyişikliklərlə baglı Cənab Prezidentin fərmanı inqilabi dəyişikliklərə səbəb olacaqdır!
2024 cü ilin dövlət büdcəsində səhiyyəyə ayrılan vəsaitlər İTSF -da olan məbləglərlə birgə cəmi-3.310 mln AZN vəsait, müstəqillik dövrünün rekord səhiyyə büdcəsidir. İnanırıq ki, səhiyyədə fəaliyyət göstərən qurumların ölkə rəhbərinin strateji kursuna uygun olaraq, birgə koordinasiyalı calışması və işə vicdanlı münasibəti səhiyyəmizin inkişafını daha da yüksək səviyyələrə catdıracaqdır!"- Deputat vurgulamışdır.
Bəradər Səməndərli
"Atributinfo.az"
