Bunu "atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Razı Nurullayev bildirib. O, əlavə edib ki, Hənifə Əliyevin həbsdən çıxmasına il yarım var idi. Onun vaxtından əvvəl buraxılması üçün Ədliyyə naziri, Penitensiar xidmətin rəisi ilə də danışmışdım.
Onlar da vəziyyəti bilirdilər və proses başlamışdı. Bir yandan Yaradan belə məsləhət bildi bəlkə də, digər yandan isə qarşı tərəf onunla barışmadı:
"Bütün kənd deyir ki, o kişi bu günə kimi bir kəsin toyuğuna daş atmamışdı. Mənim üçün o kişi günahsız idi. Ona görə ki, konkret olaraq əsaslı sübut-dəlil olmayıb.
Hənifə kişi həm də Azərbaycanın Milli Qəhrəmanı, polis Əliyar Əliyevin böyük qardaşı idi.
O kişinin öz evində, yaxınlarının yanında rəhmətə getməməsi, 13 illik həsrətdən sonra öz evini, kəndini, el-obasını görməməsi böyük bir dərd oldu."- Deputat bildirib.
Bəradər
"Atributinfo.az"
