Sizin reklam burada
Sizin reklam burada
  • Xətai Sənət Mərkəziində Əşrəf Heybətovun Şah İsmayıl Xətainin doğum gününə həsr olunmuş “Xətai əfsanəsi” adlı pannonun təqdimatını və əsərlərinin sərgisi

    Atributinfo.az xəbər verir ki, Azərbaycan Xalq Rəssamı Əşrəf Heybətovun Şah İsmayıl Xətainin doğum gününə həsr olunmuş “Xətai əfsanəsi” adlı pannonun təqdimatını və əsərlərinin sərgisi 17 İyul 2023-cü il saat 17:00-da Xətai Sənət Mərkəzində baş tutdu.
    Nəzərinizə çatdıraq ki, sərgidə Şah İsmayıl Xətainin panosu və rəssamın yaradıcılığının müxtəlif dövrələrə aid 20-yə qədər əsər təqdim olunurdu.
    Sərgidə rəssamın “Xətai əfsanəsi” adlı pannonun xüsusi diqqət çəkdi.
    Tədbirin açılışında ölkəmizin bir sıra ziyalıları, sənət adamları, ictimayət nümayəndələri və Xalq rəssamı Əşrəf Heybətovun yaradıcılığını sevənlər iştirak etdi. İştirakçılar rəssam haqqında öz ürək sözlərini bölüşdülər və rəssam həm ictimai, həm də rəssamlıq fəalliyətini xüsusi qeyd etdilər.
    Sərgi 22 iyul tarixinə qədər davam edəcək.
    Giriş sərbəstdir.

    Hüseynbala Həsən
    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ