Sizin reklam burada
Sizin reklam burada
  • Türkmənistanın ilk ağıllı şəhəri Arkadağa həsr olunmuş beynəlxalq media forumu keçirilib

    Dövlətməmməd Azadi Kitabxanasında Türkmənistanın ilk ağıllı şəhərinə - Arkadağa həsr olunmuş beynəlxalq media forumu keçirilib.
    Atributinfo.az xəbər verir ki, forum çərçivəsində “Arkadağ şəhəri – regionda ilk “ağıllı şəhər””, “İnnovativ şəhərsalma sistemində ekoloji mədəniyyətin yaranması” sessiyaları keçirilib, o cümlədən media əməkdaşlığı məsələləri nəzərdən keçirilib.
    AMİ Trend-in müxbiri Vüqar İmanov forumda Arkadağ şəhərinin açılışına həsr olunmuş tədbirlərin yüksək səviyyədə təşkilini, Azərbaycan və Türkmənistan arasında tarixi və qardaşlıq əlaqələrini, xarici ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün forumun keçirilməsinin əhəmiyyətini qeyd edib.
    Forumda Arkadağ Şəhər Tikinti Komitəsinin sədri Derya Orazov, Türkdilli Ölkələrin Mühəndislər və Memarlar Assosiasiyasının baş katibi İlyas Dəmirci, Oğuz Xan Mühəndislik və Texnologiya Universitetinin rektoru Qurbanmurada Mezilov, Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin İnformasiya Mərkəzinin direktoru Oğulmaxri Geldiyeva, Business Central Asia jurnalın baş redaktoru çıxış etdilər.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ