Konsert sənətçilərin parlaq çıxışları, populyar repertuarı və təsirli ab-havası ilə tamaşaçıların yaddaşında qalıb. Sənətçilərin çıxışları qüsursuz ifa texnikası ilə tamaşaçıları sevindirməklə yanaşı, onlara çoxlu müsbət emosiyalar da bəxş etdi. Hər çıxış tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.
Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepiano və klaviatura virtuozlarının sehrli ifası deyil, bu, ilk növbədə, ən tələbkar musiqisevərləri ruhlandıracaq və ovsunlayacaq, canlı emosiyalar bəxş edəcək dəbdəbəli ab-havadır.
Hüseynbala Həsən
/atributinfo.az/
