Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıtda 1 saylı məktəbin şagirdinin uğurları göz qamaşdırır

    Abbaszadə Elgün Arif oğlu İ.Qayıbov adına 1 saylı məktəbin 2e sinif şagirdidir. Yaşına görə uğurları bol olan məktəbli hələ 2 yaşından baxçanın bütün tədbirlərində aktiv iştirak etdiyindən müəllimlərinin diqqət mərkəzində olub. 4 yaşında sərbəst şəkildə toplama, çıxma əmələrini yerinə yetirən balaca məktəbəqədər hazırlıqdan birinci sinifə fəxri fərmanla keçid edib. Anası şairə Esmira Günəşlə birlikdə müxtəlif tədbirlərdə iştirak edən balaca qiraəti ilə getdiyi tədbirlərdə də müxtəlif mükafatlara layiq görülüb.Tədris mərkəzlərindən, müxtəlif mövzulu müsabiqələrdən, sərgilərdən, tədbirlərdən bu günə qədər 40-a yaxın fəxri fərman və diplomların sahibi olan Elgün Abbaszadə dəsrlərini yaxşı oxumaqla yanaşı həm də gözəl rəsmlər çəkir, rəqslə məşğul olur. İngilis dilində conversation clubların daimi iştirakçısı olur. Hətta çəkdiyi rəsmlər sərgilərdə yer alır. Elgün Abbaszadə həm də Sumqayıt şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdidir. Məktəbin fəal şagirdi haqqında bir çox qəzetlərdə və saytlarda məqalələr belə dərc olunub.
    Bir neçə gün öncə 1 nömrəli məktəbin direktoru Kəmalə Hüseynova şagirdi Elgün Abbaszadəni qazandığı uğurlar münasibətilə şəxsən təbrik edərək uğurlar arzulayıb. Bildirib ki, məktəbin bu ilki son zəng tədbirində Elgünün uğurları xüsusi olaraq vurğulacaq və məktəb adından da təltifləri olacaq.
    Və məktəbin son zəng zəng tədbirində məktəbin direktoru Kəmalə müəllim şəxsən Elgün Abbaszadəni səhnəyə dəvət edərək, 2022-2023-cü tədris ilində qazandığı uğurlara görə Fəxri Fərmanla təltif edib.

    Dilarə Zeynalova
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ