Sizin reklam burada
Sizin reklam burada
  • Nümunəvi məmur, qədirbilən rəhbər

    Danılmaz faktdır ki, istənilən ölkənin bütün sferalar üzrə inkişafında məmur-vətəndaş münasibətləri böyük rol oynayır. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm respublikada ümumi uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir.
    Öz sadəliyi, işğüzarlığı, gözəl işləri, rayondan olan Şəhid ailələrinə və Qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərən, onların qayğıları ilə bir başa özü maraqlan rayon icra başçısı, hörmətli Elvin müəllim.
    Allah sizi var eləsin, bu rayon hələ sizin kimi işgüzar, iş bacaran, sadə, səmimi, insanlara qayğı göstərən, rayon üçün az vaxt ərzində böyük- böyük işlər görən məmur görməmişdir. Siz sözün həqiqi mənasında rayon və sakinlər üçün çox gözəl işlər gördünüz və hələdə görməkdə davam edirsiniz. Rayona rəhbər təyin edildiyi ilk gündən bu günki günə kimi həmişə rayon sakinlərinin yanında olub, onlara dəstək göstərirsiniz .
    İşinin öhdəsindən layiqincə gələn, Dövlətimizə, Millətimizə, Dövlət Başçımız cənab Ilham Əliyev və ölkənin Birinci xanımı hörmətli Mehriban xanım Əliyevaya sadiq olan, özünə göstərilən etimadı öz gözəl işləri, mərhəmətli və xeyirxah olması, rayona və sakinlərə göstərdiyi sonsuz diqqət və qayğısı ilə layiqincə doğruldan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Elvin Elvin Pashayev siz ki, Şəhid ailələrinə, Qazilərə, müharibə iştirakçılarına və rayon sakinlərinə bu qədər diqqət göstərirsiniz, onların qayğıları ilə birbaşa özünüz maraqlanırsınız, onlar üçün yaxşı işlər görürsünüz qoy Allah sizdən milyon kərə razı olsun.
    Yazdığım fikirlərlə bağlı kiminsə diqqətində sual işarəsi yaransa, dərhal cavab tapmaq üçün sadə yolun deyim, öncə başqa rayonların rəsmi İcra hakimiyyəti səhifələrinə baxın sonra Göygöl Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsinə baxıb, bütün reallığı özünüz açıq - aşkar öz qədir - qiymət bilən gözlərinizlə görə bilərsiniz.
    Müasir Azərbaycanda səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Hər bir məmurun da öz fəaliyyətində əsas vəzifəsi vətəndaş-məmur münasibətlərində Prezidentimizdən nümunə götürərək bu göstəricinin bütün şkalalar üzrə yüksəldilməsindən ibarət olmalıdır. Bu, həm Prezident İlham Əliyevin, həm də yeni dövrün tələbidir.
    Dövlətə və millətə can yandıran məmurları Allah qorusun. Amin!

    Ilkin Memmedov
    Göygöl sakini
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ