Seçilmiş əsərlərin katoloqu və seçilənlərin siyahısını
https://www.yumpu.com/.../vi-azrbaycanim-respublika-usaq...
elan edirik.
Əsərlər çərçivələnmiş formada və çərçivənin arxasında şəxsi məlumatlarını qeyd etməklə 10 may tarixindən gec olmayaraq, Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə təqdim etməlidir.
Sərgilər may ayının 11,12,13,15 tarixlərində saat 16:00 da Xətai Sənət Mərkəzində növbəli şəkildə keçiriləcək.
Mövzusu güllər olan müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilmişdir. Ən az 4 uşağı seçilən təhsil və yaradıcılıq müəssələrini əlifba sırası ilə təqdim edirik.
1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi, 59 saylı tam orta məktəb, 136 saylı tam orta məktəb, 147 saylı Texniki-humanitar lisey, 149 saylı tam orta məktəb, 156 saylı tam orta məktəb, 180 saylı tam orta məktəb, 187 saylı tam orta məktəb, 193 saylı tam orta məktəb, 281 saylı tam orta məktəb, 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi, 2 saylI Uşaq İncəsənət Məktəbi, 236 saylı məktəb, 295 saylı tam orta məktəb, 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi, 4 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi, ADRA nəzdinde İncəsənət kolleci, Ağstafa Dövlət Rəsm Qalereyası, Art school by Vusala, Astara Dövlət Rəsm Qalereyası, Azerbaijan British College, Beyləqan r. I Şahsevən Kənd I saylı tam orta məktəb, C.Cabbarlı adına N161 tam orta məktəb, Da Vinçi Tədris Mərkəzi, EDUGrata təhsil mərkəzi, Füzuli ş. 2 saylı Uşaq İncəsənət Məktəbi, İmişli rayon Uşaq İncəsənət Məktəbi, İsmayıllı ş. 1saylı tam orta məktəbi, KamART Gallery, Kəlbəcər Uşaq İncəsənət Məktəbi, Lənkəran ş. Uşaq Rəssamlıq Məktəbi, Lənkəran ş. 6 saylı məktəb lisey, Masallı 11 illik İncəsənət Məktəbi, Maştağa ART Studio, Nardaran Mədəniyyət mərkəzi, Neftçala Uşaq İncəsənət Məktəbi, Novxanı kəndi 2 saylı tam orta məktəb, Qazax Dövlət Rəsm Qalereyası, Rengareng əl_art, SabinArt Studio, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternat Məktəbi, Şamaxı ş. İncəsənət Təhsili Mərkəzi, Şirvan Dövlət Rəsm Qalereyası, Sumqayıt ş. 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi, Sumqayıt ş. C. Cabbarlı adına Mədəniyyət Evi.
Tədbirin qaydalarına uyğun olaraq ilk əvvəl kənar şəxslərin toxunmadığı, əlbəttə, müəllifin yaşı nəzərə alınmaqla ortaya qoyduğu əsərlər seçilb. Seçilənləri təbrik edirik. Seçilməyən balaca dostlarımız üçün bunun müsabiqə olduğunu bilmələrini və öz üzərlərində daha çox çalışmalarını arzu edirik.
Seçimdən narazı qalanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində 0513107401 whatsapp ilə əlaqə saxlayıb, onun üçün təyin olunmuş bir vaxtda Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının müəlliminin nəzarəti altında rəsm çəkməklə özünü təsdiq edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Nəzərinizə çatdıraq ki,sərgilənən əsərlərin arasından İV “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI üçün hər yaş kateqoriyasından 10 əsər seçiləcək və həmin 30 uşaq festivala dəvət olunacaq.
Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Tədbirin dəstəkçisi Hollandiyanın boya markasıolan“Royal&Talens”in Artcreation brendidir.
Hüseynbala Həsən,
/atributinfo.az/
