"Atributinfo.az" xəbər veriri ki, görüşdə Yevlax Şəhərində keçirilmiş Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konfransa qatılan Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli, Nizami Səfərov, Əliabbas Salahzadə, Anatoliy Rafayilov, həmçinin “Vaksinasiyaya Dəstək”layihəsinin rəhbəri Sevinc Həsənova, TƏBİB-nin nümayəndəsi Ramin Bürcəliyev də iştirak etmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışı zamanı əvvəlcə qonağı salamlamış, bildirmisdir ki, Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurum Ümumdünya Səhiyyə Təşkilatıdır. ÜST ilə əməkdaşlığın yüksək səviyyəsinin göstəricilərindən biri kimi Azərbaycan Respublikasının mütəmadi olaraq ÜST orqanlarına üzv seçilməsi qeyd edilməlidir. Eyni zamanda, ÜST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai sağlamlıq, uşaq və ana ölümünün qarşısının alınması və bir sıra digər məsələlərlə bağlı çoxsaylı layihələr həyata keçirilmişdir. Şəhər rəhbəri həmçinin uşaqların vaxtında peyvənd olunmasının, peyvəndlə qarşısı alınan xəstəliklərə qarşı peyvəndlənmənin əhalinin sağlamlığının qorunmasında əhəmiyyətindən danışmış, Rayonda bu sahədə görülən işlərdən bəhs etmişdir.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ölkə ofisinin rəhbəri Hande Harmancı səmimi qəbula görə təşəkkürünü bildirərək, ölkəmizdə immunlaşdırma sahəsində həyata keçirdikləri layihələr barədə məlumat vermişdir.
Görüşdə Milli Məclisin deputatları İlham Məmmədov və Müşfiq Məmmədli çıxış edərək xəstəliklərə qarşı vaksinləşmənin vacibliyindən, təşkilat tərəfindən həyata keçirilən layihələrin ölkəmiz üçün önəmindən bəhs etmişlər.
Bəradər Səməndərli
"Atributinfo.az"
