İştirak etmək üçün 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkə vətəndaşları 5 may 2023-cü il tarixinə qədər təqdim edəcəyi əsər(lər)in fotosu ilə bərabər ad və soyadı, əsərin adı.ölçüsü və texnikasını qeyd etməklə plener2023@gmail.com elektron ünvanına göndərməlidirlər.
Texnika və ölçü sərbəstdir.
İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin sərgidə 1 və ya 2 əsər sərgidə nümayiş olunacaq.
Seçimlər bədii şura tərəfindən aparılacaq.
Sərgilənəcək əsərlər və sərginin açılışı haqda məlumatlar elan olunacaq.
• Əsərləri nümaiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər.
• Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac), Mədəniyyət qəzeti, Milli.az, Trend.az, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı
/atributinfo.az/
