O, əlavə edib ki, Oxu Akademiyası və Müvəkkil Hüquq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox ziyalılar, ictimai-siyasi xadimlər və sənət adamları iştirak edirdilər.
"Professor Abbas Zamanovun həyatının keşməkeşli olmasına baxmayaraq o ömür yolunu vətəninin müstəqilliyinə, çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət, böyük vətəndaş, görkəmli elm xadimi kimi tarixə düşüb. Abbas Zamanov Azərbaycan ədəbi, ictimai-mədəni mühitində əhəmiyyətli, misilsiz xidmətləri olan bir ziyalı olub. Abbas Zamanov kimi milli maraqlarımıza xidmət etmiş qeyrətli insanlarımız həmişə yaddaşlarda qalacaqlar."- İltizam Yusifov bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
