Sizin reklam burada
Sizin reklam burada
  • Yeni yaşın xeyirli, düşərli, sağlıqlı və mübarək olsun!

    İndiki bulanıq dünyamızda saf insan tapmaq bir o qədər də asan iş deyil.
    Yusif o saf insanlardan biridir. Bizim onunla dostluq körpümüzün təməlində düzgün əqidə, təmiz ürək, ciddi insanlıq, dosta sədaqətlilik dayanır.
    Bəlkə də Oğuz tayfaları ad seçimində tələsməməkdə düz edirdilər. Və bəlkə də məhz bu ənənənin hikməti sonralar hətta, bədahətən qoyulan adlarda da öz məna və məzmununu doğrultdu. Yusif adına layiq doğru-dürüst insan, etibarlı dost, qayğıkeş ata, dövlətinə, xalqına bağlı ziyalıdır.
    Bu gün dəyərli dostumuzun doğum günüdür.
    Yusif, qardaşım, dünyaya xoş gəlmisən! Qoy, bu yaşınadək qazandığın uğurlar bundan sonra davamlı həyatında daha da yüksək olsun, daha böyük zirvələrə imza atasan, can sağlığı könül ovqatı ilə. Yeni yaşın xeyirli, düşərli, sağlıqlı və mübarək olsun!

    "Atribut" qəzeti və "Atributinfo.az" saytının yaradıcı kollektivi adından baş redaktor
    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ