Bu məqsədlə 9 - 10 Fevral 2023 ci- ildə Bərdə rayonunda “Qarabağ gənclərinin peşə və karyera inkişafı üzrə Qış Məktəbi” adlı maarifləndirici regional tədbiri kecirilib. Tədbirdə Bərdə icra hakimiyyətini nümayyəndəsi, Gənclər İdman nazrliyinin nümayəndəsi və təlimçi ekspertlər iştirak edib.
Bərdə şəhərində baş tutan tədbirdə Tərtər, Ağdam, Ağcabədi və Bərdə rayonlarından olan ümumi 25 nəfər (hər bir rayondan 6-7 nəfər olmaqla) 18-35 yaşlı fəal gəncin iştirakı ilə Qış Məktəbinin - təlim kursu keçirilmişdir tədbir acıq elan edən Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyinin sədri Etibar Əsədov lahiyyəni mahiyyəti və gələcək prespektivləri haqqında geniş və ətraflı məlumat verərək bildirib.
Təlimci Asif Əsgərli qeyd edib ki, layihə PR və sosial media fəaliyyətləri ilə peşə təhsilinin təbliği və bu sahəyə region gənclərinin cəlb olunması istiqamətində addımların atılması və Qarabağ iqtisadi regionu gənclərinin peşə təhsili sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün şərait yaradılmasını stimulaşdıracaqdır.
Qeyd edək ki, layihə çərçivəsində ilk olaraq bölgə gənclərinə təlim kursunda paylanmaq üçün kitabça hazırlanmışdır ki, bu vəsaitdə də peşə təhsili, peşə, karyera planlaması, karyera inkişafı, gənclər üçün iş axtarmaq imkanı, CV yazmaq, iş müsahibələrinə hazırlıq, məşğulluq sisteminə dair zəngin informasiya və bilgilər əhatə olunub. Eyni zamanda iştirakçılar üçün loqolu bloknot, qovluq, qələm hazırlanıb, baner çap olunub və mediada məlumatlar paylaşılıb. Qış Məktəbində gənclərin interaktiv təlim alması üçün təlimçi tərəfindən çoxslaydlı təlim modulları hazırlanıb ki, bunlar da təlimdə nümayiş olunur. İcra planına uyğun olaraq Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarından olan 25 nəfər fəal gəncin (hər bir rayondan 6-7 nəfər olmaqla) iştirakı ilə Bərdə şəhərində "Peşə və karyera inkişafı üzrə Qış Məktəbi"adlı 2 tam gün regional təlim kursu keçirilir və bölgə gəncləri üçün məlumat-konsaltinq - peşə, karyera, iş axtarmaq, iş müsahibəsinə hazırlıq, məşğulluq, iş sahəsində qanunvericilik və onlayn prosedurlar haqda əlavə informasiya vermək xidməti təşkil olunacaq, mövzuya dair gənclərə kitabça və digər təlim materialları paylanmışdır
