Sizin reklam burada
Sizin reklam burada
  • Yollarına gül döşənsin, Təbrizəcən, İrəvanım!


    Yollarına gül döşənsin,
    Təbrizəcən, İrəvanım!

    Üç aya yaxın yaradıcı çalışmalarımız öz bəhrəsini verdi!Bir gözəl sənət əsəri, "İrəvan şikəstəsi" yarandı! Hər mahnının öz tarixi, öz taleyi vardır. Bir axşam qohumum, dostum, Qərbi Azərbaycan sevdalısı Rauf Hacıyev mənə zəng vurub, tanınmış bəstəkar Nazim Paşa Quliyevin "İrəvan şikəstəsi" adlı bir mahnıya sözlər yazmağımı istədiyini bildirdi və beləcə axtarışlar yoluna çıxdıq. Musiqi və söz mətni bir neçə dəfə dəyişdi, cilalandı, orkestr və trio üçün işlənildi, nəhayət, bəstəkar və şairlə yanaşı, görkəmli drijor Ağaverdi müəllimin, xalq artisti gözəl Gülyanaq xanımın zəhməti öz bəhrəsini verdi.
    Sənət dostlarıma, mahnının ərsəyə gəlməsində dəstəyinə görə Filarmoniyanın kollektivinə, Az.tv rəhbərliyinə və Mədəniyyət kanalının əməkdaşlarına təşəkkürümü bildirirəm.
    Əziz fb dostlarım, böyük məmuniyyətlə, "İrəvan şikəstəsi" sevincimizi sizinlə bölüşmək istəyirəm. Məncə uğurlu bir əsər alınıb.
    İrəvanda görüşənədək!

    Musa Urud
    Milli Məclisin deputatı, şair-publisist, həkim-politoloq

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ