Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, uşaq bağçaları ilə bağlı proses daha çox diaqnostik mərhələdədir: "İlkin məqsədimiz həmin bağçaların fəaliyyətinin öyrənilməsi, orada olan tədris və təhsil, o cümlədən uşaqların qidalanması ilə bağlı təchizat və təminat məsələləri ilə bağlı məlumatları toplamaqdır. Burada vahid məlumat bazası olmadığından işlər biraz ləng gedir. Təhsil Nazirliyinin nümayəndələri ölkədəki 1 600-dən artıq uşaq bağçasına baş çəkib. Bütün data məlumatlar bizdə var. Yenə də daha çox vaxta ehtiyacımız var".
