Hacıbəylinin əsərlərindən seçilmiş on melodiyanın biri və ya bir neçəsinin əsasında bəstəkarlar orijinal əsər yazmalı və adlıqda mənbəni vurğulamalıdırlar. Müsabiqənin mükafat fondu 3,500 dollardır, həmçinin qaliblərin əsərləri ABŞ-da nəşr olunacaq və Nyu Yorkun məşhur Linkoln mərkəzində ifa olunacaq. Sənədlərin, əsərin çap olunmuş elektron variantının və əsərin səs yazısının qəbulu 1 İyul, 2021 tarixinə qədər olacaq.
Müsabiqənin bütün şərtləri, həmçinin audio və pdf fayllarının yüklənməsi ücün pəncərələr bizim veb səhifəmizdə yerləşir.
