Sizin reklam burada
Sizin reklam burada
  • TƏBİB-dən sərnişinlərə tövsiyə: nəqliyyatda mütləq maskadan istifadə edin

    TƏBİB-dən sərnişinlərə tövsiyə: nəqliyyatda mütləq maskadan istifadə edin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə tövsiyələr verib.
    TƏBİB bu tövsiyələrini sosial şəbəkədəki səhifəsi vasitəsilə sərnişinlərə çatdırıb:
    "İctimai nəqliyyatdan istifadə edirsinizsə, özünüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünün. TƏBİB sizə aşağıdakıları tövsiyə edir:
    - Xəstəsinizsə, evdə qalın
    - İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin
    - Tranzit stansiyanı tərk edərkən və və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin" .

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ