Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq

    Azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq 17 yaşlı Yasin Quliyev adlı həmyerlimiz Türkiyənin Sabancı Universitetinə qəbul olub.
    Yüksək intellekt sahibi olan azərbaycanlı tələbə nə az, nə çox - 56 min dollar təqaüd alacaq.
    Y.Quliyev dünyanın bir sıra nüfuzlu universitetlərinə (Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini, Baxçaşəhər Unverisiteti) qəbul olub. Onun seçimi isə özünün dediyi kimi, Sabancı Universiteti olub. Yasin bu universitetin "Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq.
    Qeyd edək ki, həmvətənimiz "Ankara məktəbi" məktəb-liseyi, "İstək” liseyində təhsil alıb. O, hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ