Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda ağır qəza: 9 maşın əzildi

    Ötən gecə Bakının Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Yüksək sürətlə hərəkət edən iki avtomobil sürücülərin idarəetməsindən çıxaraq, qəza törədib.
    Sözügedən avtomobillər yol kənarındakı digər avtomobilləri əzib. Nəticədə 9 avtomobilə ciddi ziyan dəyib.
    Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb.
    "Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə bildirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ