Sizin reklam burada
Sizin reklam burada
  • Balaca məktəbli Banu “dama-dama” irəliləyir

    Balaca məktəbli Banu “dama-dama” irəliləyir
    İstedad varsa, üzə çıxacaq!

    Azərbaycanda hər cür istedadlar olub, var və olacaq. Hələ sovet dövründə şahmatçı kimi bütün dünyada tanınan Aynur Sofiyevanı xatırlamaq kifayətdir. Yaxud Firuzə Vəlixanlı və digərlərini yada salaq. İndi də dama oyunu üzrə Azərbaycanın yeni ulduzu parlayır: Əli Banu Taleh qızı.
    Gəlin, bu kiçik məktəblinin həm özü ilə, həm də qısa müddətdə uğurları ilə birgə tanış olaq.
    Əli-Banu Taleh qızı 28 oktyabr 2009-cu ildə Bakı şəhərində anadan olub.
    Banu körpəlikdə ağıllı, sakit və təmkinli bir uşaq olub. Hərtərəfli bacarığa malik olan bu qızcığaz hər zaman digər uşaqlardan fərqlənirdi.
    Məktəbə gedənə qədər Banu yazıb-oxumağı bacarıb. Onun uşaqlıqdan bir çox sevimli məşğuliyyətləri olub. Bunlardan ən çox sevdiyi məşğuliyyəti isə dama oynamaq idi. Bu sevimli məşğuliyyətdə ona atası böyük köməklik göstərib. Elə ilk yarışda qalib gəldiyi də atası olub.
    Bu istedadı fərq edən atası Banunu 2015-ci il tarixində AXİTA Şahmat-Dama məktəbində dama oyunu ilə məşğul olmağa həvəsləndirib. Əvvəlcə onu qeyd edək ki, bu istedadlı qız 2015-ci ilin sentyabrında Nəsimi rayonundakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Və bu günə qədər o, təhsildə də fərqlənir. İdmana gəldikdə isə… Onun uğurlarına özünüz diqqət yetirin: inkişaf göz qabağındadır və qələbələr yüksələn xətt üzrə davam edir.
    Fevral 2015-ci il, Banunun ilk uğuru. “Ümidlər” arasında 64 xanalı dama üzrə Bakı şəhər birinciliyində qızlar arasında III yerə layiq görülüb.
    On iki mart 2015-ci il: “Ümidlər - qızlar” arasında 64 xanalı dama üzrə Azərbaycan birinciliyində III yer;
    Fevral 2016-cı il: “Qızlar arasında” 64 xanalı dama üzrə Bakı şəhər birinciliyində I yer;
    On bir mart 2016-cı il: “Ümidlər - qızlar” arasında 64 xanalı dama üzrə Azərbaycan birinciliyində I yer;
    İyirmi səkkiz aprel 2016-cı il: Sankt-Peterburqda 64 xanalı dama üzrə keçirilən Avropa çempionatında 8 yaşlı qızlar arasında sürətli dama üzrə IV yer;
    İyun 2016-cı il 100 xanalı dama üzrə Bakı şəhər birinciliyində “Ümidlər - qızlar” arasında III yer;
    İyirmi iki iyun 2016-cı il: “Ümidlər - qızlar” arasında 100 xanalı dama üzrə Azərbaycan birinciliyində I yer;
    İyirmi dörd avqust 2016-cı il: Bolqarıstanın Kranevo şəhərində keçirilən 64 xanalı dama üzrə 8 yaşlı qızlar arasında dünya çempionatında, sürətli oyunda ikinci yer.
    Bütün bu uğurları əldə etmək üçün Əli Banuya istedadlı müəllimi, dama üzrə SSRİ çempionu Elşad Mürsəlov böyük dayaq olub.
    Fevral 2017-ci il: 14 yaşa qədər Kadetlər (oğlanlar) arasında 64 xanalı dama üzrə Bakı şəhər birinciliyində II yer;
    11 mart 2017-ci il: “Ümidlər - qızlar” arasında 64 xanalı dama üzrə Azərbaycan birinciliyində I yer;
    2017-ci ilin 15 iyunu: “Ümidlər - qızlar” arasında 100 xanalı dama üzrə Azərbaycan birinciliyində I yer;
    2017-ci il avqust ayında Bolqarıstanda keçirilən 64 xanalı dama üzrə Dünya çempionatında II yer;
    2017-ci il sentyabr ayında Qadınlar arasında 64 xanalı dama üzrə Azərbaycan birinciliyində I yer;
    Fevral 2018-ci il: 14 yaşa qədər Kadetlər (oğlanlar) arasında 64 xanalı dama üzrə Bakı şəhər birinciliyində I yer;
    11 mart 2018-ci - “Ümidlər - qızlar” arasında 64 xanalı dama üzrə Azərbaycan birinciliyində I yer;
    29 may 2018-ci il: “Ümidlər - qızlar” arasında 100 xanalı dama üzrə Azərbaycan birinciliyində I yer;
    1 iyun 2018-ci ildə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Milli Məclis və UNISEF tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü müııasıbəti ilə “Mənim səsim - mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirdə fəal iştirakına görə diplomla təltif edilib.
    11 mart 2019-cu il “Ümidlər - Qızlar” arasında 100 xanalı dama üzrə Azərbaycan birinciliyində I yerə layiq görülüb.
    İnanırıq ki, Banu qarşıdakı illərdə daha böyük qələbələrə imza atacaq!

    Firuzə Abdullayeva

    Balaca məktəbli Banu “dama-dama” irəliləyir
    Balaca məktəbli Banu “dama-dama” irəliləyirBalaca məktəbli Banu “dama-dama” irəliləyirBalaca məktəbli Banu “dama-dama” irəliləyir

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ