Sizin reklam burada
Sizin reklam burada
  • "Təbiətin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa catdı

    Atributinfo.az-a Xətai Sənət Mərkəzindən verilən məlumata görə, “Zeytun Bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə elan olunmuş “Təbiətin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa catdı.
    Mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım!” olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən çox əsər göndərmişdir.
    Nəzərdə tutulduğu kimi təqdim olunan əsərlər arasından müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verməklə 152 əsər seçildi.
    Sərgilənəcək əsərlərə buradan baxmaq olar:
    https://cloud.mail.ru/public/JPkn/ksMprBh58
    “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 28 avqust 2023-cü il saat 14:00-da Xətai Sənət Mərkəzində açılacaqdır.
    Seçilən əsərlər 25 avqust 2023-cü il tarixinədək 2-ci mərtəbəsinə təhvil verilməlidir.
    Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.
    Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq.

    Hüseynbala Həsən
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ