
Kəramət Əmirli
Sərçə
Yaz gəlib bizim bağa,
Çiçəkləyib bir alça.
Çiçək açan budağa
Qonmuş bir sarı sərçə.
Sevinir gəldi bahar,
Gözəlləşdi təbiət.
Ta bundan gözəl nə var,
Yaşa həyatı rahat
Köynəyi sapsarıdı,
Qanadları ağ-qara.
Yekəbaşlıq eyləyib,
Qalıb tənha, avara.
YARDIMLI YOLLARINDA
Baxma buluddu səma,
Yaz, gəldikcə ilhama.
Sonda çatarsan kama
Yardımlı yollarında.
Uzaq olsa da yolun,
Cənnətdir sağın, solun.
Seyr edin, məmnun olun,
Yardımlı yollarında.
Zövqünüzü yoxlayın,
Hərdən ayaq saxlayın.
Gül-çiçəyin qoxlayın.
Yardımlı yollarında.
Çıxsan dağa, döşə də,
Gəz dolan sıx meşədə.
Dincəl gözəl guşədə,
Yardımlı yollarında.
İnsanları əhli hal,
Dili şirin, şəkər, bal.
Kimsədən gəlməz zaval,
Yardımlı yollarında.
PƏNCƏRƏNİ ÖZÜ BAĞLAR
İÇİMDƏ GƏZƏN BULUDLAR,
BEZİB QƏMLİ SÖZLƏRİMDƏN.
LEYSANA DÖNÜB BİR ANLIQ,
AXDI QƏMLİ GÖZLƏRİMDƏN.
YUYAR SİZİN PƏNCƏRƏNİN
ÖNÜNDƏKİ ÇİÇƏKLƏRİ.
SANKİ SƏNƏ ƏL EYLƏYƏR
YELLƏNDİKCƏ LƏÇƏKLƏRİ.
PƏNCƏRƏNİ AÇIQ SAXLA,
BAX BU YAĞAN YAĞIŞLARA.
BU HALIMI DUYUB AĞLA,
BAXIM MƏLUL BAXIŞLARA.
GÖTÜR DƏFTƏR, BİR DƏ QƏLƏM,
YAZ GÖRDÜYÜN MƏNZƏRƏDƏN.
SON DAMLADA BƏLKƏ GƏLƏM,
UZAQLAŞMA PƏNCƏRƏDƏN.
KƏRAMƏT BU HƏSRƏT İLƏ
HƏR CÖVRÜNƏ DÖZÜB AĞLAR.
YƏQİN BİR GUN BEZİB SƏNDƏN
PƏNCƏRƏNİ ÖZÜ BAĞLAR.
YARDIMLI
Yad eldən,obadan keçib gələn var,
Bu gözəl yerlərə köçüb gələn var.
Şirin sularından içib gələn var,
Şirindi, şərbətdi, baldı, YARDIMLI!
Odur mərkəzində Azərbaycanın,
Vuran ürəyidir hər iki canın.
Təbrizə, Bakıya hər bir insanın,
Gözündə uzanan qoldu YARDIMLI.
Gəlməz gözəlliyin gözə,nəzərə,
Cənnətin özüdür hər bir mənzərə.
Viləşin suları mavi Xəzərə,
Axdıqca qoy axsın, boldu,YARDIMLI!
Ey doğma diyarım, ey tacı-taxtım,
Uca dağlarına, zirvənə qalxdım.
Könlümü oxşayan, hüsnünə baxdım,
Baxdıqca gözlərim doldu,YARDIMLI!
Şirin gəncliyimi qoynunda qoydum,
Demədim usandım,demədim doydum.
Mən indi anladım,mən indi duydum,
Hər sevən ürəyə yoldu YARDIMLI.
Kəramət heç zaman söyləməz yalan,
Qocalıq ömrünü etsə də talan.
Zənn et ki, qoynunda bu şair balan,
Bir yaşıl budaqdı, koldu, YARDIMLI!