Əsəri türk dilinə tanınmış tərcüməçi İmdat Avşar tərcümə edib. Kitabın annotasiyasında qeyd olunub: Romanda taleyin hökmü ilə qarşılaşıb bir - birini dəlicəsinə sevən iki gəncin - Ayanla Vüqarın müasir eşq dastanı müəllifin təxəyyülünün zəngin bədii obrazları ilə ustalıqla qələmə alınıb. Əsərin baş qəhrəmanları qarşılaşdıqları maneələrə baxmayaraq öz dəyərli eşqlərini məişət bataqlığında boğulmağa qoymur, bu sevgini qiymətli xəzinə kimi qoruyaraq hər şeyin fövqünə - bəyaz buludların üstə çıxarmağı bacarırlar...
Kitabı Yazıçılar Birliyinin "Bayatı" kitab mağazasından əldə edə bilərsiniz.
"Atributinfo.az"
