Sizin reklam burada
Sizin reklam burada
  • Şairə Esmira Günəşin Cəlilabadda H.Əliyev Mərkəzində kitab təqdimatı olub

    Mayın 25-i şairə Esmira Günəşin Cəlilabadda H.Əliyev Mərkəzində "Qəlbimizdə yaşayanlar" kitabının təqdimatı olub.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdən öncə bölgələrdən gələn şəhid anaları şairə Esmira Günəşlə birlikdə şəhid Fizuli Həbibinin ev muzeyini, bulağını, məzarını və Fəxri xiyabanı ziyarət ediblər. Daha sonra qonaqlar Cəlilabad rayon H.Əliyev mərkəzinə üz tutaraq tədbirdə iştirak ediblər. Tədbirdə Cəlilabad şəhid ailələri ilə yanaşı Sumqayıtdan, Bakıdan, İsmayıllıdan, Astaradan və Kürdəmirdən şəhid ailələri də iştirak edib. Həmçinin Cəlilabad rayon İcra nümayəndələri, rayon təhsil idasəsindən nümayəndələr, rayonun Gənclər və idman idarəsinin nümayəndəsi, rayon ədəbi mühitinin nümayəndələri, məktəblilər, kollec və universitet tələbələri, eləcə də Cəlilabad rayon uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir bir-birindən maraqlı çıxışlarla davam etdiyi zaman şairə Esmira Günəş məktəblilərin vətənpərvərlik ruhunda yetişdirilməsində gördüyü işlərə görə rayon Gənclər və idman idarəsi tərəfindən Fəxri Fərmanla təltif olunub. Tədbirə gələn qonaqlar isə şəhid ailələri tərəfindən hədiyyələrlə qarşılanıblar. Tədbirin gedişatında Sumqayıt şəhidlərindən şəhid Rüfət Mustafayevin anası Afət xanımın ad günü qeyd olunub. Sonda isə şairə Esmira Günəş tədbirin təşkil olunmasında əziyyəti böyük olan şəhid Fizuli Həbibinin anası Natəvan xanıma, atası Nizami bəyə və Cəlilabad rayon Gənclər Mərkəzininin rəhbərliyindən Qənimət xanıma təşəkkürünü bildirib. Onu da qeyd edək ki, tədbirdə təqdimatla yanaşı şəhidlərin şəkillərinin sərgisi də təşkil olunub. Tədbir Xatirə şəkilləri ilə sonlandırıldıqdan sonda qonaqlar birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər.

    Dilarə Zeynalova
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ