Sizin reklam burada
Sizin reklam burada

"Bilim sən kimsən?" - Hikmət Məlikzadə

"Bilim sən kimsən?" -  Hikmət Məlikzadə
Hikmət Məlikzadə

Yox elə can güdəcək töylə, bilim sən kimsən,
Neçə gün qovğa salım döylə, bilim sən kimsən?

Ya mən inkar edim, insan, bir ovuc torpaqsan,
Ya da ki, İsa olum, böylə bilim sən kimsən.

Yellə ağ yaylığını, yoxsa canım tərpənməz,
Quş olum, cəngə çıxım göylə, bilim sən kimsən?

Saldı haldan məni ağ rəngdə baxışlar, dön, bax,
Ey mələk üzlü pəri, söylə, bilim sən kimsən...

Dur, o biçarə köçə əl elə, Hikmət, yolu sərt,
Sübh çağı yolla bizim köylə, bilim sən kimsən...

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ