Sahib Hətəmov
Mübariz
Xeyirxah işi ilə ad qazanıbdır,
Adımızdır,sanımızdır Mübariz.
Şöhrəti bürüyüb bütün dünyanı,
Şərəfimiz,şanımızdır Mübariz.
Belə oğul çətin doğa hər ana,
Həyat verib,neçə cansız insana,
İndi dayaq durub bütün xalq ona,
Candan əziz canımızdır Mübariz.
Ona bənzər bu dünyada tay hanı?,
Candan əziz bilib Azərbaycanı,
Azəri oğludur təmizdir qanı,
Damardaki qanımızdır Mübariz.
Feto ilə olmaz sənin bağlığın,
Sahibə fərəhdir üzü ağlığın,
Xalqın varlığıdır sənin sağlığın,
Sənsiz inan sonumuzdur Mübariz.
25.03.2020
12:40
