Sizin reklam burada
Sizin reklam burada
  • Hamının Yadigarı....

    Bu gün vətəninə, millətinə, dövlətinə sədaqətlə xidmət edən, həyatını milli dəyərlərə, mənəvi prinsiplərə və insanlıq amalına həsr edən dəyərli insan, mübariz ziyalı Yadigar Məmmədlinin doğum günüdür!

    Həyatda elə insanlar var ki, onların dəyərini yalnız tutduğu vəzifə, qazandığı uğur və ya cəmiyyətdəki mövqeyi müəyyən etmir. Belə insanların ən böyük sərvəti onların şəxsiyyətidir, insanlığıdır, ətrafına bəxş etdiyi səmimiyyətdir. Yadigar Məmmədli də məhz belə insanlardandır.

    Yadigar bəy özünün yüksək ziyalılığı, alicənablığı, səmimiyyəti və insanlara olan xüsusi münasibəti ilə onu tanıyan hər kəsin hörmətini və sevgisini qazanıb. O, vətənini sevən, millətinin taleyinə biganə qalmayan, dövlətinin güclənməsi və xalqının rifahı naminə hər zaman öz mövqeyini ortaya qoymağı bacaran mübariz ziyalıdır.

    Onun xarakterində ən çox diqqət çəkən xüsusiyyətlərdən biri də səbir, təmkin və nikbinlikdir. Həyatın müxtəlif sınaqları qarşısında mərdliklə dayanmaq, insanlara ümid vermək, ən çətin məqamlarda belə nikbinliyini itirməmək hər kəsə nəsib olan keyfiyyət deyil. Yadigar bəy məhz bu xüsusiyyətləri ilə ətrafındakı insanları özünə bağlayan, dostlarının və yaxınlarının güvəndiyi, hörmət etdiyi şəxsiyyətdir.

    O, yalnız dəyərli ziyalı və vətəndaş deyil, eyni zamanda gözəl ailə başçısı, sədaqətli dost, etibarlı yol yoldaşıdır. İnsan üçün həyatda ən böyük qazanc onun arxasında qoyduğu xoş izlər, qazandığı dostlar və insanların qəlbində yaratdığı hörmətdir. Bu baxımdan Yadigar bəy həqiqətən də zəngin və xoşbəxt insandır.

    Əziz dost və gözəl insan Yadigar bəy!

    Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti, yeni-yeni uğurlar arzulayırıq!

    Qoy həyat yolunuz hər zaman işıqlı olsun, qəlbinizdəki vətən sevgisi, insanlara olan səmimi münasibətiniz və nikbinliyiniz heç vaxt azalmasın!

    Sizin kimi vətənini, millətini sevən, ziyalılığı və insanlığı ilə seçilən insanların varlığı cəmiyyət üçün böyük dəyərdir.

    Yeni yaşınız Sizə yeni uğurlar, yeni sevinclər və daha böyük zirvələr gətirsin!

    Var olun ki, Sizin kimi bu Vətən dəyərli övladı var... Sizə O BÖYÜK ALLAHDAN can sağlıqlı bərəkətli ömür arzu edirik ki, hər zaman sevdiklərinizin və dostlarınızın əhatəsində olasınız...



    Mürtəza Bunyadlı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ