Fethi Akın
Haydı qalx,
Gedək, artıq!
Saxta
Təbəssümlərin olduğu
İnsancığ
Qoxuyan bu şəhərdən!
Paslı
Yağ qablarında
Rəngarəng çiçəklərin
Olduğu
Dağ kəndimizə.
Anadan olduğumuz
O küçədə
Hər qapıda
Sevgi ilə saçlarını
Oxşasınlar, yenə.
Təzək qoxuyan o
Tərtəmiz insanlar.
Sən
Topla oyna yenə.
Qol yeyəndə
Oturub ağla.
Mən
Qəhqəhələrlə gülüm sənə.
Uçurtman
Telefon tellərinə taxılsın.
Sən
Yenə oturub ağla.
Mən
Qəhqəhələrlə gülüm sənə.
Dərdin bu olsun
təkcə!
Haydı qalx,
Gedək, artıq!
Bilirəm,
İkimizdə
Çox yorulmuşuq
İçimdəki uşaq...
Mustafa Doğan
ADAM OLMAZ MƏNİM DƏRDİM
İllər yığıldı üstümə, nəfəs dodağa dərbədər,
Mənim məndən çəkdiklərim neçə min il ömür edər.
Bu yaşamaq qeyrətimə mat qalırkən özüm belə,
Bilmirəm varmı muradım xoşbəxtlik adlı mənzilə.
Adam olmaz mənim dərdim, kölə oldum bazarında,
Uğrunda ömür sərf etdim, baxdım ki yox nəzərində.
Bəxtim hüzn qəfəsində, güzgülərdən saxlanıram,
Taleyimin qarasından bilməm necə ağlanaram.
Qurudu dalım, yarpağım küləyinə qatdı məni,
Haldan bilməz qara qışın qucağına atdı məni.
Adam olmaz mənim dərdim, əzabıma dağ dayanmaz,
Al atəşin ortasından yanar- yanar da oyanmaz.
Bundan sonra məndən, könül nə kənd olar, nə qəsəbə,
Elə bir girdaba düşdüm, gəlməz ki heç bir hesaba.
Vuruldu qanadlarından ucu əzilmiş diləkcə,
Halım bundan ibarət, başım gövdəmə gərəkcə,
Adam olmaz mənim dərdim, ilmə- ilmə ürək yaram,
Səmtim qəmin qalasıdır olmadı sevinclə aram.
Çinar Arıkan
AYBALAM AYBIKƏM SARI ÇIÇƏYIM
Aybalam, Aybikəm, sarı çiçəyim,
Sənin uğrunda at sürdüm
Çaylardan, yamaclardan, dağlardan
Çeşmələrin axdığı yaylaqlardan keçdim.
Çatmaq istəyirəm Tanrı dağlarına,
At sürdümm gün batan üfüqə doğru
Düşmən dəstəsiylə vuruşdum,
Ov olmayacağam onların tələsinə.
Aybalam, Aybikəm, sarı çiçəyim,
Çöllərə baxıram durmadan.
Sənin atəşinlə yanaram hər an,
Qorxuram sənə qovuşmadan ölərəm.
Tanrı dağları uzaq, əlçatmaz,
Yoxuşlar çıxılmaz, sıldırım aşılmaz.
Aybalam, Aybikəm, sarı çiçəyim,
Savaş toy- düyündür, bizdə qaçılmaz.
Aybalam, Aybikəm, sarı çiçəyim,
Kimsəsiz, çarəsiz, kədərli əsir.
Əlbəttə ki, bizə zülm edənlərə,
Bir gün tanrı öz gücünü göstərir.
Ayşə Kantaroğlu
FOTORAF
Rəfdə bir foto,
Yaddaş qutusunda qalmış,
Saralmış bir parça kağız,
Anı saxlamış da, canı unutmuş.
Sandıqda cehiz kimi qat-qat,
Xatirə dəftərində,
Keçmişdən bir gül qurutmuş.
Köhnə dəb bir tayı əhatə edən,
Bağın ağappaq sinəsində,
Qədim bir sevda unutmuş,
Saralmış bir parça kağız,
Yox, artıq faydası,
Harasından tutsan tut.
Yusif Doğdu
MÜƏLLİMİM
Müəllimim!
Mən açılmamış bir qönçəyəm,
Aç məni üsul- üsul, yavaş- yavaş.
Rayihə salım dünyaya,
Bənövşə, lalə, gül, reyhan olum.
Müəllimim!
Mən çözülməmiş bir yumağam,
çöz məni səbirlə,
Qarışdırmadan, dolaşdırmadan,
Usanmadan, bezmədən.
Toxu məni, ilmə- ilmə,
Naxış- naxış!
Bacıma cehiz,
Yetimə yorğan olum!
Müəllimim!
Mən tərtəmiz, dümağ bir səhifəyəm.
Al əlinə sevgi qələmini,
Yaz istədiyin kimi,
Ən gözəl duyğularla dolum.
Tərtəmiz eşqləri anladan məktub,
Sevda türküləri, eşq mahnıları olum.
Dilimi, tariximi sevdir mənə.
Hekayə, şeir, roman olum,
Vətən üçün dastanlar yazan,
Fateh kimi, Yavuz kimi, Atatürk kimi
Qəhrəman olum!
Müəllimim!
Mən körpə bir quzuyam,
Al başımı əllərinə sev məni, sevginlə böyüt.
Mənə vətənimi, millətimi,
Keçmişimi, gələcəyimi öyrət!
Qoç et məni müəllimim, qoç et.
Vətənə qurban olum!
Müəllimim!
Qızma mənə, dikinə axır deyə qanım,
Unutma ki mən də insanam.
Yoğrulmamış xəmirəm ,
Əllərinə təsliməm.
yoğur istədiyin kimi,
Bişir könül ocağında.
Yetər ki: sənin istədiyin kimi,
Adam olum, adam olum!

Fatma Arıkan
QIRIQ ÜMİDLƏR
Qırıldığına məhəl qoyur, yoxsa sanarsan sevdiyin,
qumlu sahildə qat qat yarpaqların ucar,
Ucar kədərə.
Kədərlənirmi ki heç ayrıldı deyə, parçan,
Bir dəfə tutarmı ucundan?
Qırıntılara
Ümid yollarmı əlləriylə.
Tutub da həyəcandan
Məhəbbətlə
Gələrərmi sənə?
Əgər gələrsə qollarını açma,
yansın o da qəhərindən.
pərişanlıq taxılsın ayaqlarına,
Zəncirlər tutsun yollarını.
Madəm ki, səndən vaz keçdi
Sevilməsin bir kimsə tərəfindən.
Göyə söylə kəssin havasını,
Yerə söylə almasın içəri,
Bağlasın qapısını,
Arasatda qalsın eləcə.
Söylə, dostum,
söylə.
Edə bilərmisən bunları
Yoxsa?
Yenədəmi könül qapını açıq unutdun?
qurtula bilməzsən fırtınadan,
yağışlardan sən bu gedişlə.
Haydı, Sənə xudahafiz,
İndi nə edəcəksən et!
Ağla, sızla,
Ümid bağla,
Təkrar et.
Nə edəcəksən, et.
Qal kəlməsi elə küskün,
Yarpağı tökülmüş çiçək kimi

Hülya Pekçioğlu
ÜŞÜYÜRDÜ KÜÇƏLƏR
İstanbulda qar vardı,
üşüyürdü küçələr...
Qalatadan baxışlarım boşluğa buraxırdı özünü
Yorğun yaralı...
Düşürdü nəfəssiz bir boşluğa
Təngnəfəs...
İçim titrəyirdi, üşüyürdü ümidlərim
Səssizliyim səssizliyinə həsrət...
Bir türkü olurdu zaman ardından
Alov -alov üşüyürdü susqunluğum...
Bir ağı daha yandırırdım
Gecənin qaranlığına inad
Fəryad, fəryad...
İstanbulda qar vardı,
üşüyürdü küçələr...
Dönə -dönə düşürdü damlalar
Ovuclarım yanırdı...
Baxışlarım kəskinləşirdi
Parçalara ayırırdım zamanı...
Nə qədər yaxınsan, o qədər uzaqda idin.
Hansı fotoşəkilə baxsam...
Gözlərimdən atəşlər düşürdü
İslaq- islaq...
Bir yanğının ortasında üşüyürdü təkliyim
Nə vaxt səninlə xəyallara dalsam...
İstanbulda qar vardı,
üşüyürdü küçələr...
Dəli bir küləyin qollarına buraxırdım özümü
işləyirdi iliklərimə...
Failim olurdu, qatilim olurdu
Şillələyə -şillələyə ...
Buzdan damlalar örtürdülər üzərimi
Yorğan kimi...
Bir bahar türküsü zümzümə edirdim
Dişlərim titrəyərək...
Buz tutmuş bir günəş idi indi ümidlərim
Param parça...
İstanbulda qar vardı,
üşüyürdü küçələr...
Buz tutmuş dənizləri yara -yara
Yaralayırdım özümü qulac- qulac...
Aydın və isti bir səhərə çatmaq ümidiylə
Təngnəfəs...
Səmaya sevdalı balıq kimi
imkansızcasına, ümidlə...
Buz dənələri kimi iti və kövrək idi baxışlar
Hansı fotoşəkilə baxsam...
Qar vardı İstanbulda,
üşüyürdü küçələr...

Yurttaş Şahbaz
ADI YAŞAMAQSA
Yalançı sevdanın qurbanı olan,
Ağır bir ürəyi daşıyıram mən.
İçimə dərd olan belə həyatın,
Adı yaşamaqsa, yaşayıram mən.
Acılar könlümə, ruhuma yoldaş,
Min əzab, min qəhr, könlümə sirdaş,
İndi meylər oldu, tək mənə qardaş,
Adı yaşamaqsa, yaşayıram mən.
Gülməzmi bu fələk mənə bir dəfə,
Sığışmır bədənim, nə göy, nə yerə,
Qoca ömür keçdi, belə boş yerə,
Adı yaşamaqsa, yaşayıram mən.
Axmadı sinəmə eşqimin arxı,
Pozulmuş sevməyin nizamı, çarxı,
Qalmadı, həyatın ölümdən fərqi,
Adı yaşamaqsa, yaşayıram mən.
Müberra Gönen
HÜZN
Necə günlər vardır, bilirsiniz,
Hər şeydən kədərlənirsiniz.
Pəncərədən işıq yerinə hüzn sızar,
Radiodan musiqi yerinə hüzn.
Halbuki kədərlənməyə dəyəcək
qiymətli heç bir şey yoxdur.
Hər şey yerliyerindedir.
Hüzn yenə ürəyinizin,
Baş tərəfindədir...
***
KÜLƏKLƏR
Söyləmişdim sənə, gözəl dost,
Sən başqa bir dünyanın çiçəyisən.
Bu hoyrat küləklər tanımaz səni.
Yanında öz küləklərini
Gəzdirməlisən.
Bu bulanıq sular aldatmaz səni,
İçməməlisən.
Çaşdırar sevginin beləsi bizi,
Belə sevməməlisən.
Doğru. .sen haralısan..
