Sizin reklam burada
Sizin reklam burada
  • Sivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin Yazar və Şairlərinin Festivali keçirildi

    Sivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildi Türkiyənin Sivas vilayətində Sivas Yazar və Şairləri Birliyinin təşkilatçılığı iləTürkiyə, Azərbaycan, İraq Türkmənlərinin yazar və şairlərinin böyük bir festivalı keçirildi.
    26-28 iyul 2019-cu il tarixində keçirilən "11-ci Şairlər və Muzik" şöləsinin festivalı, Sivas YŞB-nin festivalına Azərbaycandan da yazarlar, şairlər və xanəndələr qatılmışdır. Keçirilən Festivalda Sivas Valisi Sn. Saleh Aynan, Sivas Bələdiyyə Başkanı Sn. Hilmi Bilgin və Sivas Kültür və Turizm müdürü Sn. Turan Topgül, Sivas yazarlar və şairlər Dərnəyinin Başkanı Sn. Bekir Alim, Sivas yazarlar və şairlər Dərnəyinin Azərbaycan təmsilçisi Aygün Hüseyn keçirilən tədbirin münsüflər heyətində təmsil olundular.
    Festivalda Türkiyənin əksər bölgələrindən təmsil olunan yazarlar və şairlər iştirak edirdilər. Bu Festivalda həmçinin Sivas yazarlar birliyinin 11-ci antioloji kitabının da təqdimatı olmuşdur. Bildirmək istəyirik ki, bu kitabın əsas meyarı Türkiyə, Azərbaycan və İraq Türkmən elinin yazar və şairlərinin birgə ərsəyə gətirdikləri yeni bir kitab nümunəsidir. Bu kitabda Türkiyə, Azərbaycan, İraq Türkmən yazar və şairlərinin yaradıcılıqları əks olunur.
    Festivalın davamlı olaraq keçirilməsinə səbəb Türkiyə, Azərbaycan və İraq Türkmən yazar və şairlərini bir araya gətirməklə xalqlarımız arasında ədəbiyyat sahəsindəki yaxınlaşmanın günü-gündən inkişafına hər cür dəstəyin verilməsinə yeni töhfələr verməkdir. Keçirilən tədbirdə Azərbaycandan getmiş şair və xanəndələrin çıxışları dinlənilmişdir.
    Festivalda Azərbaycan yazar və şairlərindən Rauf İlyasoğlu, Aygün Hüseyn, Püstə Hüseynova, Ziba Hüseynova, Xankişi Xankişiyev, Həsən Qurbanoğlu, Əlhəddin Cekil Paşayev, Əziz Musa, İraq Türkmən şairlərindən millət vəkili olmuş İraq-Türkmən Ədəbiyyat və Yazarlar Birliyinin rəhbəri Esat Erbil, Ganim Salihi, Abdulkadir Dabbağ Oğlu, Eyüp Hikmet Kerküklü, Mehmet Tisin və başqaları təmsil edənlər sırasında olublar.
    Keçirilən festival Sivasın SRT kanalı vasitəsilə canlı yayımlanıb.

    Aygün Hüseyn

    Sivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildiSivasda Türkiyə -Azərbaycan -İraq Türkmənlərinin  Yazar və Şairlərinin  Festivali  keçirildi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ