Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyədə uçurumdan yuvarlanan jurnalistin meyiti tapıldı

    Türkiyədə uçurumdan yuvarlanan jurnalistin meyiti tapıldı Türkiyədə “Anadolu” Agentliyinin mayın 10-dan itkin düşmüş əməkdaşı Əbdülqədir Nişancının axtarışları başa çatıb.
    ONA-nın Türkiyə bürosunun məlumatına görə, Bayburt vilayətində dağlıq ərazidə çəkiliş apararkən ayağı sürüşüb uçurumdan yuvarlanan müxbirin meyiti tapılıb.
    Qeyd edək ki, bir neçə gün əvvəl ərazidən agentliyin Bayburt bölgə müxbiri olan Ə. Nişancıya məxsus olan fotokamera və sənədlər tapılıb. Dünyanın 3-cü ən təhlükəli çografi şəraitinə malik Soğanlı dərədə müxbirin axtarışı üçün cəlb edilən briqadanın tərkibində olan iki hərbçi əməliyyat-axtarış tədbirləri zamanı həlak olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ