Sizin reklam burada
Sizin reklam burada
  • Dövlət İmtahan Mərkəzi yanvarın 5-dən valideyn və müəllimlərlə görüşlər keçirəcək

    Dövlət İmtahan Mərkəzi yanvarın 5-dən valideyn və müəllimlərlə görüşlər keçirəcək Dövlət İmtahan Mərkəzi valideyn və müəllimlərlə görüşlər keçirəcək.
    Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, artıq mərkəzin əməkdaşları fəaliyyətə başlayıb və müvafiq işlər görülür.
    Qurumun oktyabrın 19-da dövlət qeydiyyatından keçdiyini qeyd edən M.Abbaszadə mərkəzin iki qurumun birləşməsi nəticəsində yarandığını xatırladıb: “Yanvarın ilk həftəsində-ayın 5-dən sonra Dövlət İmtahan Mərkəzi valideyn və müəllimlər üçün görüşlər keçirəcək. Bu görüşlərdə valideynlər, müəllimlər IX siniflər üzrə buraxılış imtahanları ilə bağlı yeni qaydalar, onlara aydın olmayan məsələlərlə bağlı suallar verə biləcək. Vətəndaşlara internet vasitəsilə də xidmət göstəriləcək. Qurumun “facebook” səhifəsinə, info@tqdk.gov.az ünvanına elektron formada daxil olan müraciətlərin hamısı cavablandırılır və bu proses davam etdiriləcək”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ