Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda məşhur həkim özünü güllələdi (YENİLƏNİB)

    Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.
    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanıb.

    15.41

    TƏBİB sabiq baş pediatr, tibb elmləri doktoru, professor Nəsib Quliyevin ölümü ilə bağlı açıqlama verib.
    Qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.04.2024-cü il tarixində saat 12:23 radələrində Abşeron rayonu, Goradil ərazisindən tanınmış həkim-pediatr, tibb elmləri doktoru, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun intihar etməsi səbəbilə çağırış daxil olub.
    Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
    Ünvanda şəxsin həkiməqədər ölümü qeydə alınıb.

    14:18

    Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.
    O, özünü evində ov tüfəngi ilə güllələyib.
    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
    Hadisəni Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqləyiblər.
    Məlumatda bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ