"Atributinfo.az" xəbər verir ki, tədbirdə, həmçinin 10 noyabr 1998-ci ildə Tərtər rayonu istiqamətində şəhid olmuş Məcidov İslam Məcid oğlunun doğum günü də yad edilib.
Osmanov İbrahim İsmayıl oğlu 31 oktyabr 1991-ci ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 1998-ci ildə Şotavar kənd tam orta məktəbinə daxil olub, 2009-cu ildə həmin məktəbi bitirib. 2010–2012-ci illərdə müddətli həqiqi hərbi xidmət keçib. 2013-cü ilin may ayında gizir hazırlığı kursunu başa vuraraq gizir rütbəsi alıb və hərbi xidmətini davam etdirib. Lənkəran, Füzuli və Ağdam rayonlarında xidmət edib.
Təmas xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanan İbrahim Osmanov hospitala çatdırılsa da, döş nahiyəsindən aldığı güllə yarası ağır olduğundan həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Şəhid İbrahim Osmanov 15 avqust 2015-ci ildə doğulduğu Şotavar kəndində torpağa tapşırılıb.
Anım mərasimində şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, onların Vətən qarşısındakı xidmətlərindən bəhs edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bəradər,
Zahir
"Atributinfo.az"
