Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, Amerika ağ kəpənəyinin aşkar edildiyi ərazilər qeydə alınaraq, həmin sahələrdə müvafiq fitosanitar tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar və məsul şəxslər məlumatlandırılıb.
Monitorinqlər çərçivəsində zərərvericinin erkən populyasiya dinamikasının izlənilməsi məqsədilə yeni feromon tələlər quraşdırılıb, əvvəlki dövrlərdə yerləşdirilən tələlərə baxış keçirilib və əldə olunan nəticələr təhlil edilib.
Eyni zamanda, kənd sakinləri və torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər təşkil olunub. Amerika ağ kəpənəyinin bioloji xüsusiyyətləri, qidalandığı bitkilər, kənd təsərrüfatı və yaşıllıq sahələrinə vurduğu zərər, yayılma riskləri, həmçinin zərərvericinin vaxtında aşkar edilməsinin əhəmiyyəti barədə məlumat verilib.
Mütəxəssislər tərəfindən zərərvericinin bitkilərdə yaratdığı xarakterik zədələr əyani şəkildə izah olunub, mexaniki, aqrotexniki və digər mübarizə üsulları barədə praktiki tövsiyələr təqdim edilib.
Tədbirlər zamanı maarifləndirici bukletlər paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
