Sizin reklam burada
Sizin reklam burada
  • Xızıda vətəndaşların müraciətləri dinləniləcək

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev avqustun 14-də Xızı rayonunda Xızı və Abşeron rayonlarının sakinlərini qəbul edəcək.

    Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

    Vətəndaşlar avqustun 5-11-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

    Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ