Sözügedən təşkilatdan "Atributinfo.az"a verilən məlumatda bildirilir ki, görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov və aparat əməkdaşları çıxış edərək yubilyarları təbrik edib və xoş arzularını bildiriblər.
H. Cəfərov çıxışında qeyd edib ki, yubiley yaşını qeyd edən R. Məstiyev və H. Manafov hər zaman rayonun ictimai-siyasi həyatında fəalliq nümayiş etdirmiş və partiya qarşısında sədaqətlə xitmət göstərmişlər.
"Onu da qeyd edək ki, Habil Manafov 44 günlük Vətən müharibəsinə canıyla, qanıyla öz töhvəsini verən qazi Qədəmullazadə Fəridin atasıdır. Vətənə, dövlətə, xalqa sədaqət ailədən başlayır.
Yubiley yaşını qeyd edən R. Məstiyev və H. Manafov öz növbəsində Partiya rəhbərliyinə təşəkkürlərini bildirərək bundan sonra da daha böyük məsuliyyətlə partiyaya sədaqətlə xidmət edəcəklərini bildirmişlər.
YAP Astara rayon təşkilatı olaraq bir daha hər iki yubilyarı ürəkdən təbrik edir, cansağlığı və uzun ömür arzulayırıq!"- Məlumatda bildirilir.
Bəradər Səməndərli
"Atributinfo.az"
