Sizin reklam burada
Sizin reklam burada
  • İcra başçısı Rayon ərazisində fəaliyyət göstərən bəzi bağçılıq təsərrüfatlarına baxış keçirib

    Azərbaycanda bağçılıq kənd təsərrüfatının qədim və əsas sahələrindən biridir. Ölkə ərazisinin əlverişli iqlim şəraitinə malik olması meyvəçilik, intensiv bağçılıq və tingçilik kimi sahələrin inkişafında mühüm rol oynayır.
    Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi aqrar inkişaf siyasətinə və 2026–2030-cu illər üçün qəbul edilmiş dövlət proqramlarının məqsədlərinə uyğun olaraq bağçılıq sahəsinin inkişafı, müasir texnologiyaların tətbiqi, məhsul istehsalının artırılması və kənd yerlərində məşğulluğun genişləndirilməsi prioritet istiqamətlərdəndir.

    "Atributinfo.az" xəbər verir ki, Azərbaycanın bölgələrində, o cümlədən Qax rayonunda da müasir intensiv bağçılıq, fındıqçılıq və digər kənd təsərrüfatı sahələri sürətlə inkişaf edir. Bu sahələr yeni iş yerlərinin açılmasına və məhsuldarlığın artmasına kömək edir.
    Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon ərazisində fəaliyyət göstərən bəzi bağçılıq təsərrüfatlarına baxış keçirib. Baxış zamanı təsərrüfatda görülən işlər, becərilən meyvə bağlarının vəziyyəti, tətbiq olunan müasir aqrotexniki üsullar və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər ilə tanış olub.
    Görüş zamanı bağçılıq təsərrüfatlarının fəaliyyətinin daha da genişləndirilməsi, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə və istehsalın dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ